Dünya Manşetüstü

Ana 4 aylıq körpəsini boynunu qıraraq öldürdü – Dəhşət

Sharing is caring!

Avstraliyada bir qadın ana olmaq hissini xəyal etdiyi kimi yaşamaması səbəbindən 4 aylıq körpəsinin boynunu qıraraq öldürüb.

XəbərAl.az xəbər verir ki, 2017-ci ildə 18 yaşlı Kassandra Roze Dohan adlı qadın körpə qız dünyaya gətirib. Qadın dörd aylıq körpəsini öldürüb.

Uşağın atası duşdan çıxarkən, qızının qan içində olduğunu görüb. Atası tərəfindən dərhal xəstəxanaya çatdırılan Anastasiya bir müddət müalicə altında olub. Lakin o, bir neçə gün sonra ölüb. Araşdırma nəticəsində məhkəmə ananın qızını öldürmək istəmədiyini, yalnız ona xəsarət yetirmək istədiyini aşkarlayıb.

Əvvəlcə cinayəti qəbul etməyən, daha sonra günahını etiraf edən ana 13 il həbs cəzası alıb.


Müəllif: İmamət İsmayılova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir