Dünya

Çeçen əsilli “Boston terrorçusu”nun edamı ilə bağlı yeni qərar verildi – FOTO

Sharing is caring!

2013-cü ildə Boston marafonunda terror aktını təşkil etdiyinə görə ABŞ-da ölüm cəzasına məhkum edilmiş çeçen əsilli Cohar Tsarnayevin edamı qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu barədə onun vəkili Kliff Qardner məlumat verib.

Müdafiəçinin sözlərinə görə, Tsarnayevin müraciətinə baxılması perspektivi qeyri-müəyyən olaraq qalır. Ölüm hökmünün başqa cəzaya dəyişdirilməsi ilə bağlı vəsatət Birinci İnstansiya Apellyasiya Məhkəməsinə göndərilib, məhkəmənin qərar verməsinin nə qədər vaxt aparacağı isə məlum deyil.

Vəkil əlavə edib ki, ölüm hökmü yalnız apellyasiya məhkəməsinin qərarından sonra həyata keçirilə bilər.

Xatırladaq ki, Tsarnayev Boston marafonunda partlayış törətmə işinə görə 30 maddə üzrə təqsirli bilinib – Andlılar Məhkəməsi ölüm hökmü ilə bağlı qərar verib. Lakin daha sonra müdafiə tərəfi terror aktının mediada işıqlandırılmasının Andlılar Məhkəməsinin mümkün qərəzli münasibətinə səbəb ola biləcəyini əsas gətirərək apellyasiya şikayəti verib.

Boston marafonunda terror aktı 2013-cü il aprelin 15-də baş verib. Partlayışlar nəticəsində üç nəfər həlak olub, 260 nəfərdən çox insan yaralanıb. Xüsusi xidmət orqanları cinayəti törətməkdə çeçenistanlı Tamerlan və Cohar Tsarnayev qardaşlarının şübhəli olduğunu müəyyən ediblər. Təqib zamanı onlar polislə atışmaya giriblər, Tamerlan ölümcül yaralanıb, Cohar isə saxlanılıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir