Dünya manset

Məşhur PKK-çı öldürüldü: Başına 300 min mükafat qoyulmuşdu

Türkiyənin Ağrı bölgəsində keçirilən əməliyyat çərçivəsində başına 300 min lirə pul mükafatı qoyulmuş Kava adıyla tanınan terrorçu Sezer İşık öldürülüb.

XəbərAl.az  xəbər verir ki, əməliyyat Türkiyə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təşkil edilib.

DİN-dən verilən məlumata görə, Kava uzun zamandır axtarışda idi.

Zərərsizləşdirilən terrorçunun PKK terror təşkilatına bağlı olduğu bildirilib.