Dünya

Rusiyada odlu və soyuq silahların istifadəsi ilə kütləvi dava – VİDEO

Sharing is caring!

Rusiyanın Krasnodar diyarında odlu və soyuq silahların istifadəsi ilə kütləvi dava olub.

Bu barədə RF Daxili İşlər Nazirliyindən xəbər verilib.

Məlumata görə, münaqişə yerli hotelin ərazisində məişət zəminində baş verib. Kütləvi davada üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Sosial şəbəkədə davanın görüntüləri yayıb. Kadrlarda iki kişinin yerdə yaralı halda uzandığı görünür. Şahidlərin sözlərinə görə, zərərçəkənlər bıçaq xəsarətləri alıblar.

Polis əməkdaşları dava yerindən üç travmatik tapança, bıçaq və “Kalaşnikov” avtomatı müsadirə ediblər.

Hazırda münaqişənin bütün iştirakçıları müəyyən edilib, altı nəfər saxlanılıb. Hadisənin bütün şəraiti aydınlaşdırılır.

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir