Dünya Manşetüstü

13 yaşlı oğlan 27 illik cinayətin üstünü açdı

Kanadanın Revelstok şəhərində bir yeniyetmə 27 il əvvəl itkin düşən qadına məxsus avtomobili tapıb.

XəbərAl.az xəbər verir ki, bu barədə “CBC News” xəbər yayıb.

Belə ki, avqust ayında 13 yaşlı Maks Verenka anası Nensi ilə birgə qayıqla göldə üzdüyü zaman su altında qalmış bir avtomobili görür. Ailə avtomobilin 2009-cu ildə baş vermiş bir qəza ilə əlaqəli olduğu qərarına gəlir və Kanada polis əməkdaşına müraciət edir.

“Biz ondan soruşduq ki, nəyə görə polislər maşını ordan çıxarmayıb”, – Nensi danışır.

– Mənə cavab verdilər: “Nə danışırsız? Biz onu ümumiyyətlə çıxarmışıq”.

Avqustun 21-də Revelstok polis əməkdaşları hadisə yerinə gəlir, lakin günəşin parlaq olması səbəbindən avtomobili su altında görə bilmirlər. Belə olan təqdirdə Maks “GoPro” ilə gölün dibinə enir və maşının şəklini çəkir.

Üç gün sonra polis və təxliyə xidməti qara rəngli “Honda Accord” modelini sudan çıxarır. Avtomobilin salonunda 1992-ci ilin payızında səssiz-soraqsız yoxa çıxan Canet Farrisin cəsədi aşkarlanır. Farrisin oğlunun dediyinə görə, ailə qadının qəza nəticəsində yoldan çıxdığını və ya yuxuya getdiyini güman edir.

Nensi uzun müddətdir davam edən müəmmanı açmaqda polisə kömək edən oğlu ilə qürur duyduğunu ifadə edib. “Onun cəmi 13 yaşı var, amma o, artıq yetkindir”, – deyib.