Dünya

Ukraynanın müdafiə naziri il sonuna kimi müsbət xəbərlər vəd etdi – VİDEO

Sharing is caring!

“Ukrayna Budapeşt memorandumunu imzaladığı qonşusuna çox güvənərək öz ordusunun quruculuğuna əhəmiyyət vermədi”.

Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov yerli mətbuata müsahibəsində deyib.

Nazir bildirib ki, 2008-ci ildə NATO-ya qəbul edilsəydilər, nə Gürcüstanda, nə də Ukraynada müharibə olmazdı.

“Amma hazırkı tərəfdaş Alyansın sayəsində Ukrayna təcavüzkarı məğlub edə biləcək”, – deyə o, bildirib.

Müdafiə Nazirliyinin rəhbəri bu il ukraynalılar və bütün dünya ictimaiyyəti üçün xoş və müsbət xəbərlər vəd edib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir