Dünya

Rusiya meşə yanğınlarının cəngində: Təbii fəlakət sahəsi son üç gündə sürətlə artıb – VİDEO

Sharing is caring!

Rusiyada meşə yanğınlarının ümumi sahəsi son üç gündə səkkiz min hektar artıb.

Bu barədə Federal Aviasiya Meşə Mühafizəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, çərşənbə axşamı günündən etibarən yanğınların sahəsi 102 min hektardan 109,95 min hektara qalxıb.

Ən geniş yanğın sahələri Yakutiyada (74,608 ha) qeydə alınıb. Həmçinin Komi Respublikası (12,462 ha), Ryazan (11,700 ha) və Nijni Novqorod (6,504 ha) vilayətlərində güclü yanğınlar var. Sverdlovsk, Arxangelsk, Pskov, İvanovo, Orenburq, Kostroma, Ulyanovsk və Kirov vilayətlərində, Mari El və Tıva respublikalarında, Xantı-Mansiysk və Yamal-Nenetsk muxtar dairələrində isə təqribən min hektar sahədə meşə yanğınları qeydə alınıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir