Dünya

Hindistanda Pakistana təsadüfən raket atdığına görə üç zabit işdən çıxarıldı

Sharing is caring!

Hindistan Müdafiə Nazirliyi Pakistan ərazisinə təsadüfən “BrahMos” raketi atdığı üçün üç zabiti işdən çıxarıb.

İstintaq müəyyən edib ki, standart əməliyyat prosedurlarından yayınma raketin təsadüfi atışına səbəb olub.

Hadisəyə görə ilk növbədə 3 zabit məsuliyyətə cəlb edilib və bu gün onlar işdən çıxarılıblar.

Qeyd edək ki, “BrahMos” raketinin təsadüfi atışı martın 9-da Hindistanın aviabazalarından birindən baş verib. Raket Pakistana düşüb.

Mənbə: India Today

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir