Dünya manset

Gürcüstan Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımır – XİN

Sharing is caring!

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 2019-cu ilin sentyabrın 8-də Dağlıq Qarabağda keçirilən “yerli idaetmə orqanlarına” adlandırılan “seçkiləri” və onların nəticələrini tanımır.

Fakttv.com xəbər verir ki, bu barədə Gürcüstan XİN-in bəyanatında bildirilib.

Gürcüstan XİN Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Bəyanatda Gürcüstan XİN-in münaqişənin beynəlxalq hüquq və prinsiplərə tam uyğun formada beynəlxalq ictimaiyyətin cəlb olunması ilə sülh yolu ilə həllinin tərafdarı olduğu vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir