Dünya manset

Hindistan S-400 üçün avans ödədi

S-400 sistemlərinin Hindistana tədarükü qrafikə uyğun olaraq 18-19 ay ərzində həyata keçiriləcək. Artıq müqaviləyə uyğun olaraq avans ödənilib.

XəbərAl.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.

“Artıq avans ödənilib. Hər bir iş ciddi şəkildə qrafikə uyğun olaraq aparılır. Fikrimcə, iş təxminən 18-19 ay çəkəcək”, – deyə o “Rossiya 1” telekanalının efirində bildirib.

Bundan əvvəl xidmət direktorunun müavini Vladimir Drojjov Rusiyanın ilin sonuna qədər S-400 kompleksləri üçün Hindistandan avans əldə edəcəyinə ümid etdiyini, belə olan təqdirdə tədarükün 2020-ci ildə başlayacağını və 2025-ci ildə tamamlanacağını söyləmişdi.

2018-ci il oktyabrın əvvəlində Rusiya və Hindistan S-400 sistemlərinin tədarükü üçün müqavilə imzalayıb. Yeni zenit raket sistemlərinin beş alayı Nyu-Dehlidə 5,43 milyard dollara başa gələcək.