Dünya

Şahzadə Endryu kraliça II Elizabet ilə üç günlük danışıqlar aparıb

Sharing is caring!

Şahzadə Endryu anası II Elizabeti Şotlandiyanın Balmoral qəsrindəki tətili zamanı ziyarət edərək onunla gələcəyinin necə olacağını müzakirə edib.

Kral ailəsinin himayəsindən və hərbi rütbələrindən məhrum olan York hersoqu üç gün ərzində kraliça ilə danışıqlar aparıb.

Məlumatlara görə, 62 yaşlı şahzadə ömrünün qalan hissəsini Vindzordakı Kral qəsrində itləri gəzdirməklə və at sürməklə keçirmək istəmir.

Hazırda hersoq nə edə biləcəyini düşünür.

Qeyd edək ki, 2022-ci ilin fevralında 20 il əvvəl o vaxt yetkinlik yaşına çatmayan Virciniya Jofreni zorlamaqda günahlandırılan Şahzadə Endryu ittihamçı ilə razılığa gəlib və ona çoxmilyonluq təzminat ödəməyə razılaşıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir