Dünya manset

Putin təyyarədə hansı yeməkdən narazı qalıb? – Pilot açıqladı

Sharing is caring!

Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin komandiri Vladimir Fedoruşkin dövlət başçısının səfər zamanı necə qidalanmasından danışıb.

XəbərAl.az xəbər verir ki, Fedoruşkin NTV-də yayımlanan “Yeni rus sensasiyaları” adlı verilişdə Putinin yeməyinin əvvəlcədən hazırlandığını və bağlı konteynerlərdə təyyarəyə gətirildiyini deyib.

“İl-96 iki mərtəbəlidir. Mətbəx birinci mərtəbədədir. Stüardessa yeməyi hazırlayır və prezidentə gətirir”, – komandir bildirib.

Fedoruşkin Putinin heç də hər zaman yeməklərdən razı qalmadığını deyib:

“Elə olub ki, Vladimir Vladimiroviç deyib: “Yenə də bu yemək?!” O, daha çox dadlı və acılı yemək istəyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir