Dünya manset

Türkiyə və ABŞ Suriyada antiterror əməliyyatına başladı

Türkiyə və ABŞ-ın quru qoşunlarından ibarət birliklər Suriya ərazisində Fərat çayının şərqində birgə antiterror əməliyyatına başlayıb.

XəbərAl.az  xəbər verir ki, ağır texnika, o cümlədən tank və toplardan ibarət qoşun birləşmələri iki ölkənin silahlı qüvvələrinin ali komandanlarının təmsil olunduğu Türkiyənin Şanlı Urfa bölgəsində fəaliyyət göstərən Birgə Hərəkət Mərkəzindən idarə olunur.

Əldə olunmuş razılığa əsasən Suriya ərazisində Türkiyə ilə sərhəd boyunca təhlükəsizlik zonası yaradılmalıdır.