Dünya manset

Kral Salman oğlunu nazir təyin etdi

Səudiyyə Ərəbistanında yeni energetika naziri təyin edilib.

XəbərAl.az xəbər verir ki, Kraı Salman bin Əbdüləziz Əl Səud oğlu şahzadə Əbdüləziz bin Salmanı bu posta gətirib. Yeni nazir ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ögey qardaşıdır.

Əbdüləziz bin Salman Səudiyyədə energetika naziri təyin edilən ilk kral ailəsi üzvüdür.

Qeyd edək ki, sabiq energetika naziri Xalid Əl Falih ötən günlərdə vəzifəsindən azad edilmişdi.