Dünya manset

Consona daha bir zərbə

Sharing is caring!

İngiltərənin Əmək naziri Amber Rudd istefa verib.

XəbərAl.az-ın məlumatında görə, o, bu barədə Tvitter hesabında məlumat verib.

Nazir istefa səbəbinin baş nazir Boris Consonun Mühafizəkar Partiyasının 21 millət vəkilini parlamentdən xaric etməsi olduğunu qeyd edib.

“Sadiq mühafizəkarların parlamentdən xaric edilməsinə kənardan tamaşaçı kimi baxa bilmərəm” deyən Rudd partiyasının parlament qrupundan da ayrıldığını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Boris Consonun qardaşı Co Conson da dövlət naziri vəzifəsindən istefa vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir