Dünya manset

ABŞ və Türkiyə arasında “100 milyardlıq” görüş baş tutdu

Sharing is caring!

Ankarada ABŞ və Türkiyə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması müzakirə olunub.

XəbərAl.az xəbər verir ki, Türkiyə paytaxtında səfərdə olan ABŞ-ın Ticarət naziri Vilbur Ross ilə türkiyəli həmkarı Ruhsar Pekcan arasında keçirilən geniştərkibli görüşdə ikitərəfli ticarət əlaqələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

R.Pekcan bildirib ki, əsas hədəf iki ölkənin ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasıdır. O əlavə edib ki, Türkiyənin Birləşmiş Ştatlara ixrac edəcəyi potensial məhsullar arasında mülki aviasiya, avtomobil sənayesi, həmçinin zərgərlik, mebel, toxuculuq məhsulları ola bilər.

Tərəflər əmtəə dövriyyəsi üçün şəraitin daha da yaxşılaşdırılması, özəl şirkətlərin dəstəklənməsinin zəruriliyini də vurğulayıblar. Türkiyəli nazir ABŞ-ın türk mallarına tətbiq etdiyi rüsumların azaldılması ilə bağlı da amerikalı həmkarına müraciət edib.

Vilbur Ross Türkiyədə iri şirkətlərin rəhbərləri ilə görüşlər də keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir