Dünya

Xarkovda raketlə vurulan yataqxanadan ürəkparçalayan görüntülər: “Nənəm orada qalıb, kömək edin…” – VİDEO

Sharing is caring!

Ukraynanın Xarkov şəhərində Rusiya ordusunun raketlə vurduğu yataqxanada xilasetmə əməliyyatının görüntüləri yayılıb.

Kadrları ukraynalı xilasedicilər paylaşıblar.

Videolardan biri xüsusilə təsirli olub. Görüntülərdə bir uşağın ağlayaraq nənəsinin orada qaldığını deməsi və kömək istəməsi əks olunub.

Qeyd edək ki, raket hücumu dünən gecə həyata keçirilib.

Son məlumatlara görə, yeddi nəfər həlak olub, aralarında 11 yaşlı qız olmaqla 17 nəfər yaralanıb.

Ancaq dağıntılar arasında hələ də insanlar var, ona görə qurbanların sayı arta bilər.

Sakinlərin sözlərinə görə, zərərçəkənlər arasında eşitmə qüsurlu insanlar var. Onlar həyəcan siqnalını eşitmədikləri üçün hazırda xilasedicilərə cavab verə bilmirlər.

İlkin məlumatlara görə, yataqxana “Kalibr” qanadlı raketi ilə vurulub.

Mənbə: Korrespondent.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir