Dünya

Yuxunuz pozulubsa və çox tərləyirsinizsə, “Omikron”a yoluxmuş ola bilərsiniz

Sharing is caring!

COVID-19 infeksiyasının “Omikron” ştammının yeni növlərinin əlamətləri açıqlanıb.

Bu barədə infeksionist Yevgeni Timakov məlumat verib.

Onun sözlərinə görə, başağrısı, burun axması, səsin xırıldaması və yuxunun pozulması koronavirusun “Omikron” ştammının əsas əlamətləridir.

“Başağrısı, səsin tutulması, burun axması, mədə-bağırsaq traktının pozulması, həddindən artıq tərləmə və yuxu pozuntusu “Omikron”un varlığından xəbər verir”, – deyə infeksionist qeyd edib.

Mütəxəssisin sözlərinə görə, yeni növ virusa yoluxma zamanı qoxu hissinin itməsi nadir hallarda müşahidə olunur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir