Dünya

İspaniyada yanğın zonasından keçən qatarda onlarla sərnişin yaralandı

Sharing is caring!

İspaniyanın şərqində, Valensiyada davam edən meşə yanğını bölgəsindən keçən qatarın qapılarını açan qrup azı 20 nəfərin yaralanmasına səbəb olub.

Bu barədə Valensiya muxtar administrasiyasının səlahiyyətliləri mətbuata açıqlama veriblər.

Bildirilib ki, alovların dəmiryoluna doğru gəldiyini görən sürücü qatarı saxlayıb, geri manevr edib, bir qrup sərnişin qapını açıb tullanmaq istəyərkən alov və tüstü vaqona daxil olub.

Sərnişinlərin əksəriyyəti tüstüdən təsirlənib, üç nəfər isə ciddi yanıq xəsarətləri alıb.

Qatarın yanğın bölgəsindən dönərək Kaudel stansiyasına qayıtdığı açıqlanıb.

Qeyd edilir ki, Ebo vadisində həftəsonundan bu yana davam edən və 10 min hektardan çox ərazini yandıran meşə yanğını səbəbilə bölgədən iki min insan təxliyə edilib.

Valensiya bölgəsində son 10 ilin ən böyük yanğınını söndürmək üçün 26 təyyarə və helikopter havadan dəstək verir.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir