Dünya

İsrailin baş naziri səfirliklərin bərpasından sonra Ərdoğanla danışıb

Sharing is caring!

İsrailin baş naziri Yair Lapid diplomatik missiyaların bərpası ilə bağlı xəbərlərdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Bu barədə hökumət başçısının ofisi məlumat yayıb.

“Baş nazir və prezident bir-birini tam diplomatik nümayəndəliyə qayıtmaq, İsrail və Türkiyədəki səfir və baş konsulları bərpa etmək qərarına görə təbrik ediblər”, – məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə hökuməti İsraillə diplomatik münasibətləri bərpa etmək və yeni səfir təyin etmək qərarına gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir