Dünya

Rusiyada divara Ukrayna bayrağı çəkən gənc polisə özündən şikayət edib

Sharing is caring!

Krasnoqorskdan olan 29 yaşlı Pavel Protasov özünə qarşı ifadə ilə polisə müraciət edib.

O, bildirib ki, Volokolamsk şossesində bir evin divarını mavi və sarı boya ilə rəngləyib və “Müharibəyə yox!” şüarını yazıb.

Rusiyalı sərxoş olduğunu, ayıldıqdan sonra hər şeyi anlayıb şöbəyə gəldiyini deyib. O, Rusiya Silahlı Qüvvələrini nüfuzdan saldığına görə məsuliyyətə cəlb olunmasını xahiş edib.

Pavel barəsində protokol tərtib olunub. O, məhkəmə qarşısına çıxacaq və yəqin ki, cərimə olunacaq.

Mənbə: “Ostorozhno moskva”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir