Dünya manset

“Putin dostunu görmək üçün həbsxanaya getmək istəmir” – İrəvan çalxalanır

Sharing is caring!

Konstitusiya Məhkəməsinin qərarı açıqlandıqdan sonra Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəkilləri məhkəməyə müvəkillərinə qarşı seçilmiş həbs qərarının ləğvini tələb edən ərizə təqdim edib.

XəbərAl.az xəbər verir ki, bu barədə erməni mediasına Köçəryanın vəkillər qrupu məlumat verib.

Xatırladaq ki, sentyabrın 4-də Konstitusiya Məhkəməsi Robert Köçəryanın müraciəti əsasında onun iddiasını qismən təmin edib.

Məhkəmə ona qarşı irəli sürülmüş bir sıra ittihamları əsassız sayıb.

Əlavə edək ki, Ermənistan KİV-də Robert Köçəryanın yaxın günlərdə həbsdən azad ediləcəyi barədə məlumat yayılıb. Məlumatda onun Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 1-də İrəvana nəzərdə tutulmuş səfərinədək sərbəst buraxılacağı bildirilib.

Ermənistan Xarici İşlər Nazirliyinin təkzib etdiyi məlumatda isə iddia olunur ki, Moskvadan İrəvana Putinin gəlməsinədək Köçəryanın azad edilməsi barədə göstəriş verilib.

Bundan əvvəl Vladimir Putinin səfər çərçivəsində həbsxanada Robert Köçəryanla görüşəcəyi bildirilmişdi. Erməni KİV isə Baş nazir Nikol Paşinyan hökumətinin buna yol verməmək üçün həbsdə olan ikinci prezidenti bu səfərədək sərbəst buraxacağını iddia edir: “Putin isə öz dostu ilə həbsxanada yox, azadlıqda söhbət etmək istəyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir