Dünya

Prokurorluq Almaniya kanslerinə qarşı dələduzluq iddiası ilə bağlı qərarını verdi

Sharing is caring!

Hamburq Baş Prokurorluğu vəkil Gerhard Stratın bu ilin fevralında Almaniya Kansleri Olaf Şoltsa qarşı qaldırdığı iddianı rədd edib.

Kansler Hamburqun meri olduğu dövrdə vergidən yayınmada iştirak etməkdə ittiham olunurdu.

Onunla birlikdə şəhərin hazırkı meri, Şoltsun dövründə maliyyə senatoru olmuş Peter Çençer də şübhə altına düşüb.

“Cum-Ex” adlandırılan işlə bağlı araşdırma çərçivəsində hakim Almaniya Sosial-Demokrat Partiyasının üzvləri ilə vergilərin qaytarılması sxemi ilə büdcədən milyardlarla avronu oğurlayan dələduz dəstəsinin əlaqəsinin olub-olmadığı aydınlaşdırılır.   

Hamburq Baş Prokurorluğu bu qərara səbəb kimi qurumun araşdırma üçün heç bir əsas görməməsi olduğunu bildirib.

Qeyd edək ki, prokurorluq bundan əvvəl – 2021-ci ildə iş açmaqdan imtina edib, indi isə faktiki olaraq, sadəcə əvvəlki hökmünü təkrarlayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir