Dünya

Rusiyalı şoumen həyat yoldaşı və uşaqları ilə Etna vulkanına qalxdı – FOTO

Sharing is caring!

Rusiyalı şoumen, müğənni Timur Rodriges həyat yoldaşı və uşaqları ilə birlikdə Etna vulkanına qalxıb.

Müğənni 2007-ci ildə burada sevgilisi Anna Devoçkinaya evlilik təklif edib. Cütlük evlilikdən bir neçə il sonra yenidən Siciliyaya qayıtmağa qərar verib.

“Səfərimizin ikinci günüdür. 15 ildən sonra yenidən Etna dağına qalxırıq, ancaq bu dəfə iki yetkin övladımızla birlikdə. 2800 metr yüksəklikdə hava günəşli idi, sonra dolu yağdı, leysan başladı, ildırım və şimşək çaxdı”, – deyə teleaparıcının həyat yoldaşı şəxsi bloqunda qeyd edib. O, həmçinin olduqları yüksəklikdən fotolar da paylaşıb.

Bildirilir ki, 2022-ci ilin fevralında cənub-şərq kraterində, təxminən 2900 metr yüksəklikdə növbəti vulkan püskürməsi baş verib, lakin o zaman zərərçəkən olmayıb.

Mənbə: Gazeta.ru  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir