Dünya

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq

Sharing is caring!

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq.

Aktyor italyan rəssam Amedeo Modilyani haqqında film çəkəcək.

Ekran əsəri “Modilyani” adlanacaq. Filmin prodüserləri Al Paçino və Barri Navidi olacaq.

Dennis Makintayrın pyesi əsasında çəkilən filmdə hazidəsələr 1916-cı ildə, Parisdə cərəyan edir. Burada perspektivsiz görünən bir sənətkarın həyatını kökündən dəyişdirən iki gündən bəhs olunur.

Qeyd edək ki, “Modilyani” aktyorun ikinci rejissor işi olacaq. Onun debütü isə Deppin Marlon Brando ilə birlikdə rol aldığı “Cəsur” dramıdır.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.