Dünya

“Pfizer”in rəhbəri dörd peyvənddən sonra koronavirusa yoluxdu

Sharing is caring!

ABŞ-ın “Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla COVID-ə yoluxub.

O, bu barədə bazar ertəsi “Twitter”də məlumat verib.

“Sizə məlumat vermək istərdim ki, koronavirus üçün testim müsbət çıxıb. Dörd doza “Pfizer-BioNTech” peyvəndi aldığıma görə minnətdaram, özümü yaxşı hiss edirəm, çox yüngül simptomlar var. Özümü təcrid edirəm və “Paxlovid” qəbul etməyə başlayıram”, – Burla yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden də eyni dərmanla müalicə olunub.

Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından bəri ABŞ-da 92 milyondan çox koronavirus xəstəsi və bir milyondan çox ölüm halı qeydə alınıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir