Dünya manset

ABŞ daha bir bombardmançını Avropaya göndərdi

Sharing is caring!

ABŞ B-52 strateji bombardmançısını Böyük Britaniyadakı bazaya göndərib.

XəbərAl.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa və Afrikadakı Komandanlığı məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələrinin 307-ci bombardmançı qanadının tərkibinə daxil olan təyyarə Luizina ştatındakı Barksdeyl hava bazasından yola düşüb. Bombardmançı “Ample Strike 19”, “Cobra Warrior” təlimləri və “NATO günləri” aviaşousunda iştirak edəcək.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın 3 ədəd B-2 bombardmançısı Böyük Britaniyanın Fairford aviabazasına yerləşdirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir