Dünya

İtaliyada kişi bank soymaq üçün qazdığı tuneldə ilişib qaldı

Sharing is caring!

Romada xilasedicilər öz qazdığı tuneldə ilişib qalan kişini çıxarıblar.

O, səkkiz saat altı metr dərinlikdə çökmüş tuneldə qalıb.

Polisin məlumatına görə, xilas edilən şəxs şərikləri ilə birlikdə işləməyən mağazadan yeraltı keçid qazmağa başlayıb. Məqsəd avqustun 15-də bayram günü bağlı olacaq bankı qarət etmək olub.

Qonşuluqda yaşayan italiyalı jurnalistlərə bu barədə danışıb. “Heç kim mağazada baş verənlərə əhəmiyyət vermirdi, çünki mağaza icarəyə götürülüb. Hamı da elə bilirdi ki, təmir işləri gedir. Hər hansı qəribə səs-küy də yox idi”, – deyə o bildirib.

Mənbə: knife.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir