Dünya

Rusiyada üç aylıq körpəsini yerə çırpan gənc ana həbs edildi

Sharing is caring!

Rusiyanın Omsk vilayətinin Qorki rayonundakı evdə avqustun 10-da hüquq-mühafizə orqanlarının əməkdaşları üç aylıq uşaq meyiti tapıblar.

Körpənin ölümü ilə bağlı cinayət işi başladılıb. Baş verən hadisədə uşağın 20 yaşlı anasını əli olduğu hesab edilir.

Araşdırma zamanı məlum olub ki, körpənin 20 yaşlı anası və atası spirtli içki qəbul etdikdən sonra mübahisəyə başlayıblar. Bu zaman qadın: “Sənə nifrət edirəm!” – deyə qışqıraraq uşağı yerə çırpıb.

Qadın rəsmi nikahda olmayıb. Son üç ay ərzində o, iki oğlu ilə tək yaşayıb. Üç yaşlı uşaq atasına verilib.

Mənbə: Mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir