Dünya

Hollivud aktrisası vəfat edib

Sharing is caring!

Amerikalı aktrisa Enn Heç 53 yaşında vəfat edib. O, avqustun 5-də Los-Ancelesdə qəza keçirmişdi.  

Bu barədə aktrisanın ailəsi məlumat verib.

Heçin ailəsi onun həyat dəstəyindən çıxarılacağını elan etmişdi. Sonra isə ölümünü təsdiqlədi.

Aktrisanın dostu, zərgərlik brendinin yaradıcısı və dizayneri Nensi Devis də “İnstagram” səhifəsində xatirə yazısı yerləşdirib. “Mənim sevimli, mehriban, şən, şirin və gözəl dostum Enn Heç cənnətə getdi”, – deyə Davis qeyd edib.

Daha əvvəl Heçin yaxınları xəbər vermişdilər ki, qəza nəticəsində aktrisa ağır anoksik beyin zədəsi alıb, komadadır və “çox güman ki, sağ qala bilməyəcək”.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir