Dünya

Trampın mülkündən 11 dəst məxfi sənəd tapıldı – FOTO

Sharing is caring!

ABŞ-ın keçmiş prezidenti Donald Trampın mülkündə axtarış zamanı Federal Təhqiqat Bürosunun (FTB) agentləri 11 dəst məxfi sənəd ələ keçiriblər. Onlardan bəzilərinin üzərində “tam məxfi” qrifi qeyd olunub. Bu isə qanuna əsasən, yalnız xüsusi dövlət qurumlarında baxılmaq üçün nəzərdə tutulur.

Qeyd olunur ki, FTB agentləri Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evindən təxminən 20 qutu əşya, fotoşəkillər olan qovluqlar, əlyazma qeydi və əfv sənədini götürüblər. Əfv sənədi isə onun keçmiş müşaviri Rocer Stounun əfvi ilə bağlıdır.

Həmçinin sənədlərdə “Fransa prezidenti” ilə bağlı məlumatların da olduğu qeyd edilir.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir