Dünya

Tanınmış yazıçı çıxışı zamanı hücuma məruz qalıb – FOTO/VİDEO

Sharing is caring!

Britaniyalı yazıçı Salman Rüşdi Nyu Yorkda səhnədə çıxış edərkən hücuma məruz qalıb.

Naməlum şəxs səhnəyə çıxıb və Rüşdiyə zərbələr endirməyə başlayıb.

Hücum edən şəxs saxlanılıb. Rüşdinin vəziyyəti ilə bağlı hələ heç nə məlum deyil, ona tibbi yardım göstərilir. Hücum edən şəxsin bıçaqla silahlanmış ola biləcəyi ehtimal edilir.

Əhməd Salman Rüşdi hind əsilli britaniyalı yazıçı, “Buker” mükafatı laureatıdır.

Onun “Gecəyarısı uşaqları” romanı üç dəfə “Buker” mükafatına layiq görülüb.

Mənbə: Rosbalt  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir