Dünya

Monteneqro rusiyalı diplomatı “persona non qrata” elan etdi

Sharing is caring!

Monteneqro hakimiyyəti rusiyalı diplomatı “persona non qrata” elan edib.

Bu barədə respublikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Monteneqronun Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Monteneqroda akkreditə olunmuş səfirliyinin bir diplomatını “persona non qrata” elan edib. Buna səbəb onun Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə zidd fəaliyyət göstərməsi olub. Bu qərarla bağlı rəsmi nota Rusiya Federasiyasının səfiri Vladislav Maslennikova təqdim edilib. Notada diplomata Çernoqoriya ərazisini tərk etməsi üçün yeddi günlük müddət verildiyi qeyd olunub”, – deyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Rusiyanın Monteneqrodakı səfirliyi rusiyalı diplomatın “persona non qrata” elan edilməsi ilə bağlı məlumatı təsdiqləyib. Bu barədə Rusiya diplomatik nümayəndəliyindən bildirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir