Dünya manset

Əfqanıstanda hökumət binasının yaxınlığında partlayış törədilib

Sharing is caring!

Əfqanıstanın paytaxtı Kabulda Şaş Darak rayonunda hökumət binasının yaxınlığında partlayış törədilib.

XəbərAl.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nüsrət Rəhimi bildirib.

Onun sözlərinə görə, partlayış sentyabrın 5-də səhər saatlarında törədilib. Partlayış nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib.

Qeyd edək ki, NATO-nun mənzil-qərargahı, ABŞ səfirliyinin binası, Əfqanıstan hökumətinin binaları, o cümlədən Müdafiə Nazirliyi Şaş Darak rayonunda yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir