Dünya Manşetüstü

Tarixin ən böyük fəlakəti ABŞ-a doğru irəliləyir – Nazir ölümdən qurtardı

Sharing is caring!

Atlantik okeanın şərqindəki ölkələr tarixin ən böyük fəlakətlərindən biri ilə üz-üzədir.

XəbərAl.az xəbər verir ki, Atlantik okeanından irəliləyən və Baham adalarını vuran “Dorian” qasırğası 5 nəfərin ölümü və 21 nəfərin yaralanmasına səbəb olub.

Məlumata görə, saatda 360 kilometr sürətlə irəliləyən qasırğa bu günə qədər qeydə alınmış ən güclü qasırğa hesab olunur.

Baham adalarının kənd təsərrüfatı naziri Micel Pintard evinin ətrafından keçən qasırğanın videosunu paylaşıb. Videoda suyun səviyyəsinin yüksək olduğu gözə dəyir. Nazirin özü qasırğanın qurbanı olmaqdan güclə xilas ola bilib.

“Dorian” qasırğasının axşam saatlarında ABŞ-ın Florida ştatının sahillərinə çatacağı gözlənilir. Burada 1 milyona yaxın insan artıq təxliyə edilib. ABŞ ordusu qasırğanın mərkəzində uçuşlar həyata keçirir. Artıq Floridada 600-dan çox təyyarə uçuşu təxirə salınıb.

Virciniya ştatı isə “Dorian” qasırğasına görə fövqəladə hal elan edən beşinci ştat olub. Georgiya və Cənubi Korolina ştatları da qasırğanın vuracağı ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir