Dünya manset

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub

Sharing is caring!

Gürcüstanın keçmiş müdafiə naziri Levan İzoria ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi təyin olunub.

XəbərAl.az xəbər verir ki, bu barədə baş nazir vəzifəsinə namizəd Giorgi Qaxaria bildirib.

L.İzoria həmçinin Milli Təhlükəsizlik Şurasına da rəhbərlik edəcək.

Qeyd edək ki, DTX-nin sabiq rəisi Vaxtanq Qomelauri bu gün daxili işlər naziri təyin olunub.

L.İzoria 2016-cı ilin avqustundan müdafiə naziri vəzifəsini tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir