Dünya manset

Dodon danışıqlar üçün Moskvaya gəldi

Sharing is caring!

Moldova Prezidenti İqor Dodon Moskvada işgüzar səfərdə olduğunu və burada Rusiya Baş nazirinin müavini Dmitri Kozak və “Qazprom” İdarə Heyətinin sədri Aleksey Millerlə görüşəcəyi bildirib.

XəbərAl.az xəbər verir ki, bu barədə prezidentin “Feysbuk” səhifəsində məlumat yerləşdirilib.

“Baş nazir müavini, Rusiya Federasiyası Prezidentinin Moldova Respublikası ilə ticarət və iqtisadi əlaqələrin inkişafı üzrə xüsusi nümayəndəsi Dmitri Kozak, “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller və başqaları ilə görüşlər keçirmək üçün Moskvada bir günlük işgüzar səfərdəyəm”, – deyə prezidentin səhifəsində bildirilib.

Moldova nümayəndə heyətinə İqtisadiyyat və infrastruktur naziri Vadim Brınzan, prezidentin müşavirləri İon Kiku və Aureliu Çokoy, habelə “Moldovaqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vadim Çeban daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir