Dünya

Çin hərbi təlimlərin vaxtını uzatdı

Sharing is caring!

Çin Xalq Azadlıq Ordusu avqustun 8-də Tayvan ətrafındakı akvatoriyada və hava məkanında təlimləri davam etdirəcək. Bu barədə Çin Xalq Azadlıq Ordusunun bəyanatında deyilir.

Sənədə əsasən, dənizdə sualtı qayıqlara qarşı müdafiə və hücum əməliyyatlarının təşkili işlənib hazırlanacaq.

Qeyd edək ki, ÇXR Tayvan ətrafında təlimləri ikinci gündür ki, uzadır.

Xatırladaq ki, Çin ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfəri ilə əlaqədar avqustun 4-də Tayvan boğazında onlarla döyüş təyyarəsi və ballistik raketlərdən istifadə etməklə hərbi təlimlərə başlayıb. Pekin bu yolla ABŞ-ın yüksək rütbəli rəsmisinin 25 ildə Tayvana ilk səfərinə cavab olaraq hərbi gücünü nümayiş etdirmək istəyib. Nensi Pelosinin adaya səfəri bir gündən az davam etsə də, ABŞ-Çin münasibətlərində böyük gərginliyə səbəb olub.

Təlim avqustun 7-də günorta saatlarında başa çatmalı idi, lakin sonra uzadıldı.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir