Dünya

Roma Papası Ukraynadan taxılın daşınmasını sülhə işarə kimi dəyərləndirdi

Sharing is caring!

Roma Papası Fransisk Ukrayna limanlarından taxılın ilk partiyasının daşınmasını alqışlayıb.

Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü müraciətində o, bu hadisəni sülhə ümid kimi gördüyünü söyləyib.

“Mən Ukrayna limanlarından taxılın ilk partiyasının daşınmasını məmnunluqla qarşılayıram. Bu addım dialoqun mümkün olduğunu və arzu olunan nəticələrin mümkünlüyünü nümayiş etdirir. Bu, sülhə işarədir və ümid edirəm ki, həmin yolla gedərək, atəşkəs və dayanıqlı sülh əldə edilə bilər”, – pontifik bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir