Dünya

İndiana qubernatoru abortu qadağan edən qanunu imzaladı

Sharing is caring!

ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb abortu qadağan edən qanunu imzalayıb.

Bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, dövlət başçısı sənədi bir gün əvvəl imzalayıb, müvafiq qanun layihəsi İndiana ştatının Nümayəndələr Palatası və Senatı tərəfindən qəbul edilib.

Məqalədə deyilir ki, qanun layihəsində ananın həyatına təhlükə olduğu hallar, həmçinin 20 həftəyə qədər ölümcül fetal anomaliyalar kimi istisnalar nəzərdə tutulur.

Bundan əlavə, hamiləlik zorlama və ya qohumluq əlaqəsi nəticəsində olarsa, aborta icazə veriləcək.

Yeni qanun sentyabrın 15-dən qüvvəyə minəcək.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir