Dünya

Macarıstanda qoruq meşələrin qırılmasına icazə verildi

Sharing is caring!

Macarıstan qışda mümkün qaz qıtlığına hazırlaşmaq üçün xüsusi mühafizə olunan təbiət ərazilərindəki meşələrin qırılmasına qoyulan qadağaları yüngülləşdirib.

Hökumət bəzi hallarda qorunan ərazilərdə yerli ağac növlərinin, xüsusən də palıd və fıstıq ağaclarının kəsilməsinə icazə verən fövqəladə fərman dərc edib.

Bundan əlavə, sənəd ağac kəsənlər üçün bir sıra məhdudiyyətləri aradan qaldırıb. Hökumət həmçinin məktəblərə binaların qaz əvəzinə odunla qızdırılması imkanlarını araşdırmağı tapşırıb.

Qeyd edək ki, iyulun sonunda Macarıstan ölkədən odun ixracını da qadağan edib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir