Dünya

Özbəkistan XİN Azərbaycanın Britaniyadakı səfirliyinə qarşı hücumu qınayıb

Sharing is caring!

Özbəkistan Azərbaycanın Britaniyadakı səfirliyinə qarşı baş vermimş hücumu pisləyib.

Müvafiq bəyanatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.

“Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu qətiyyətlə pisləyir.

Biz diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkəti qətiyyən yolverilməz hesab edirik.

Biz bu hadisənin hərtərəfli araşdırılmasına və bütün əli olanların məsuliyyətə cəlb edilməsinə çağırırıq”, – deyə bəyanatda bildirilib.

Qeyd olunub ki, Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir.

Mənbə: mfa.uz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir