Dünya

Entoni Blinken: “ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir”

Sharing is caring!

ABŞ hələ də “vahid Çin” siyasətinə sadiqdir və Tayvana müstəqillik verilməsinin tərəfdarı deyil.

Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Kambocada keçirilən tədbirlərində çıxışı zamanı söyləyib.

“Bizim “vahid Çin” siyasətinə baxışımızda heç nə dəyişməyib. Biz heç bir tərəfin status-kvonu birtərəfli pozmasını istəmirik. Biz Tayvanın müstəqilliyini dəstəkləmirik”, – deyə E.Blinken vurğulayıb.

Fikrinin tamamında E.Blinken əlavə edib ki, ABŞ Çin və Tayvan arasında olan ziddiyyətlərin məcburiyyət və güc vasitəsi ilə deyil, sülh yolu ilə həll edilməsində maraqlıdır. 

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir