Dünya

Ukrayna limanlarından daha üç taxıl gəmisi İstanbula yola düşüb – FOTO

Sharing is caring!

Ukrayna limanlarından daha üç taxıl gəmisi yola çıxıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.

Bildirilir ki, İrlandiyaya gedəcək və 33 min ton qarğıdalı daşıyan Panama bayraqlı “Navistar” gəmisi Odessa limanından yola düşüb.

Bundan başqa Malta bayrağı altında üzən (İngiltərəyə gedəcək) “Rojen” gəmisi 13 min ton qarğıdalı ilə, Türkiyə bayraqlı “Polarnet” gəmisi isə 12 min ton qarğıdalı ilə Çernomorsk limanından yola düşüb.

Gəmilər dənizdən humanitar dəhlizlə İstanbula yollanacaq və burada Birgə Koordinasiya Mərkəzinin nümayəndələri tərəfindən yoxlanılacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir