Dünya

Taybeyin mərkəzində Pelosini salamlayan işıqlı plakat peyda oldu

Sharing is caring!

Tayvanın Taybey şəhərinin mərkəzində, insanların sıx olduğu küçədə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərini alqışlayan nəhəng işıqlı (LED) plakat peyda olub.

Bu barədə “Sanli” telekanalı məlumat yayıb.

Elektron ekranda siyasətçinin portreti, həmçinin Çin və ingilis dillərində “Tayvana xoş gəlmisiniz, spiker Pelosi!” sözləri təsvir olunub.

Məlum olub ki, belə bir qarşılanma jesti Taybey Şəhər Şurasının deputatı, Tayvanın hakim Demokratik Tərəqqi Partiyasının üzvü Van Minşenə məxsusdur. Bildirilir ki, o, bu məqsədlə öz vəsaiti hesabına üç gün müddətinə ticarət binasında bu ekranı icarəyə götürüb.

Rəsmi olaraq, adanın hakimiyyət orqanları hələ ki Pelosinin səfər planlarını təsdiqləməyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir