Dünya

Avropa İttifaqının daxili işlər üzrə komissarı Kiyevə gəlib – FOTO

Sharing is caring!

Avropa İttifaqının daxili işlərinə, o cümlədən miqrasiya məsələlərinə cavabdeh olan Avropa komissarı İlva Yohansson Kiyevə gəlib.

Bu barədə o, öz “Twitter” hesabında məlumat verib.

Yohansson qeyd edib ki, onun Baş nazir Denis Şmıqal, baş nazirin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina ilə görüşləri planlaşdırılıb.

“Mən Müvəqqəti Mühafizə Direktivinin praktiki icrasını, Aİ-yə gedən yolda addımları müzakirə etmək və ən əsası, Aİ-nin Ukraynaya və onun xalqına sarsılmaz dəstəyini ifadə etmək üçün buradayam”, – deyə Avropa komissarı bildirib.

O əlavə edib ki, 3,9 milyon Ukrayna vətəndaşı Aİ ölkələrində müvəqqəti müdafiə üçün müraciət edib.

Mənbə: Нуvropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.