Dünya

Zaxarova: “İclasın vaxtını Bakı və İrəvan müəyyən etməlidir”

Sharing is caring!

“Moskva Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın iclasını keçirməyə hazırdır. Lakin onun keçirilmə vaxtını Bakı və İrəvan müəyyən etməlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya tərəflər arasında sülh müqaviləsinin hazırlanmasına fəal töhfə verir və delimitasiya prosesinə kömək etməyə hazırdır.

“Bu, iki ölkənin sərhədində və bütövlükdə regionda təhlükəsizliyin gücləndirilməsinə kömək edəcək”, – xarici siyasət qurumunun sözçüsü əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir