Dünya

Yeni Zelandiya deputatlarına “TikTok”dan istifadə qadağan olundu

Sharing is caring!

Yeni Zelandiya parlamentinin üzvləri iş cihazlarında, o cümlədən telefonlarında “TikTok”dan istifadə etməməklə bağlı xəbərdarlıq məktubları alıblar.

Bu barədə “The Guardian” yazıb.

Nəşrin məlumatına görə, deputatlara Çin hökumətinin “TikTok” vasitəsilə siyasətçilərin məlumatlarına çıxış əldə edə biləcəyi bildirilib.

Qeyd edildiyi kimi, Yeni Zelandiya hakimiyyəti “TikTok” sahiblərinin Çin rəhbərliyi ilə əlaqəsinə əmindir, buna görə də siyasətçilərə israrla müvafiq tətbiqi silməyi tövsiyə edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir