Dünya

Blinken: “Rusiya hərbçiləri Zaporojye AES-dən “nüvə qalxanı” kimi istifadə edirlər”

Sharing is caring!

Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasını “nüvə qalxanı”na çeviriblər. Rusiya atom elektrik stansiyasından hərbi baza kimi istifadə edir və onun ətrafındakı Ukrayna qüvvələrini atəşə tutur.

Bu barədə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken bildirib.

O, Rusiyanın bu davranışını “məsuliyyətsizliyin zirvəsi” adlandırıb. Blinken qeyd edib ki, Rusiya hərbçiləri Ukrayna qüvvələrini bu mövqedən atəşə tutur, çünki cavab zərbəsi almayacaqlarını bilirlər.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir