Dünya

Ərdoğan: “Rusiya və Ukrayna sülhə üz tutsa, biz bunu asanlaşdıracağıq”

Sharing is caring!

Taxıl dəhlizinin qurulması mühüm diplomatik nailiyyətdir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Dövlət başçısı təxminən iki saat yarım davam edən toplantının ardından mediaya açıqlamalar verib.

“Dünyanın diqqətlə izlədiyi taxıl böhranından çıxmaq üçün atılan addımın ölkəmizin səyləri nəticəsində uğurlu olması hər kəs tərəfindən qəbul edilir. Biz bu prosesi normal davam etdirmək üçün əlimizdən gələni edirik. Taxılla yüklənmiş ilk gəmi Ukraynanın Odessa limanından yola düşüb. Boğaza çatdıqda isə heyət tərəfindən yoxlanılacaq və sonra səfərinə davam edəcək. Bu iş mühüm diplomatik nailiyyətdir. Əgər bir gün tərəflər yenidən sülhə üz tutsalar, bunu asanlaşdıracağımıza heç kim şübhə etməməlidir”, – deyə Ərdoağn qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir